"Mançester Yunayted"in baş məşqçisi Ule Qunnar Sulşer Çempionlar Liqasının 2-ci turu çərçivəsində "Vilyareal" üzərində qazanılan qələbə barədə danışıb.
Newsport.az xəbər verir ki, norveçli mütəxəssis son dəqiqə qolu ilə "Vilyareal"a 2:1 hesabı ilə qalib gəldikləri matçı bu cür şərh edib:
“Old Trafford”da bu cür hadisələr çox olur. Əvvəlki matçlarda da bu cür hadisələr bir neçə dəfə olub. Son saniyədə şansımızı sınadıq və bəxtimiz gətirdi. “Vilyareal”a qarşı oynamaq çətindi. Bu cür komandanı məğlub etmək asan deyil. Çətin oyun alındı. Evdə oynayırıq deyə, qalib gəlmək istəyirdik. Əgər son dəqiqələrdə təzyiq etməsəydik, riskə getməsəydik, "Vilyareal" sakitcə müdafiədə oturacaqdı".