Kuman gedir, Pirlo gəlir

“Barselona”nın baş məşqçisi Ronald Kuman istefaya göndərilməyə yaxındır. 

Newsport.az xəbər verir ki, bu barədə “L`Equipe” nəşri məlumat yayıb. Klub rəhbərliyinin 58 yaşlı mütəxəssislə yolları ayırmaq üçün bu gün iclas keçirəcəyi bildirilib. 

AS-ın xəbərinə görə isə Kumanın gedəcəyi təqdirdə baş məşqçi vəzifəsinə əsas namizəd Andrea Pirlo hesab olunur. Kataloniya klubunun prezidenti Joan Laporta artıq bu məsələ ilə bağlı 43 yaşlı çalışdırıcı ilə bir neçə dəfə görüşüb. 

Qeyd edək ki, “Barselona” son oyununda Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Benfika”ya böyük hesabla uduzub – 0:3. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right