“Real” və “Liverpul”un əfsanəvi futbolçuları arasında “Santyaqo Bernabeu” stadionunda dostluq görüşü keçirilib.
Newsport.az-ın məlumatına görə, "Real"ın heyətində Zinəddin Zidan,Roberto Karlos,Emilio Butraqueno, Klarens Zeedorf, Moryentes, Makelele, Kristian Karambö, "Liverpul"da isə Dudek, Karrager, Makmanaman, Kyuell, Ouen, Fauler kimi əfsanələr meydana çıxıb.
Qarşılaşma 4-2 hesabı ilə Madrid klubunun qələbəi ilə yekunlaşıb.