Klopp: "Salah inanılmazdı"

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 6-cı turunda “Brentford”a (3:3) qarşı keçirdikləri görüşdən sonra misirli futbolçusu Mohammed Salah haqda danışıb.

Newsport.az-ın məlumatına görə, almaniyalı mütəxəssis İngiltərə Premyer Liqası və "Liverpul"da 100-cü qolunu vuran Salah barədə bunları deyib: "Salah önəmli futbolçudu. Bir neçə həftə əvvəl o, Premyer Liqada 100-cü qolunu vurdu. İndi isə “Liverpul”da bunu etdi. Biz ona 100 nömrəli futbolka hədiyyə etdik. Ona daha bir 100 nömrəli futbolka verməli olacağıq. Onun komanda üçün önəmini dərk edirik. Salah tezliklə 150 qol həddinə çatacaq. Gələcəkdə isə “Liverpul” azarkeşləri onu xatırlayacaq. Çünki Salah həqiqətən də inanılmazdı”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right