"Real"ın prezidenti Mbappe transferilə bağlı söz verdi

“Real” yayda Kilian Mbappeni heyətinə qatacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə Madrid klubunun prezidenti Florentino Peres azarkeşlərə söz verib.

Klub rəhbəri PSJ-nin fransalı ulduzunu gələn mövsüm komandaya transfer edəcəyilə bağlı danışıb.

Primeronun 7-ci turu çərçivəsində evdə "Real" “Vilyareal”la 0:0 oynadıqdan sonra "kral klubu"nun azarkeşləri Peresin maşınına tərəf qaçaraq “Prezident, Mbappe ilə müqavilə imzala” deyə qışqırıblar. Peres də azarkeşlərə Mbappeni gələn mövsüm komandada görəcəklərilə bağlı söz verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right