Mahir Polşa çempionatında 2-ci qolunu vurdu

"Legiya"da çıxış edən millimizin üzvü Mahir Emreli Polşa çempionatında 2-ci qolunu vurub.

Newsport.az-ın məlumatına görə, 24 yaşlı hücumçu 9-cu turda hazırda davam edən "Rakuv"la ev matçının 33-cü dəqiqəsində komandasının bərabərlik qolunun müəllifi olub.

Qeyd edək ki, hazırda 1-ci hissəsi oynanılan görüşdə hesab 1:1-dir.

Xatırladaq ki, Mahir 8-ci turda "Qurnik"ə 3:1 hesabı ilə qalib gəldikləri matçda çempionatda ilk qolunu vurmuşdu.


 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right