Eddi İsrafilov bu 3 klub arasında seçim etməlidi

Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov "Qranada"dan ayrılıb.

Newsport.az-ın məlumatına görə, buna səbəb klubun ona yeni müqavilə təklif etməməsidi. Hazırda zədəli olan İsrafilovla müqavilə bağlamaqdan imtina edən "Qranada" icarə müddəti başa çatan yarımmüdafiəçiyə bu barədə məlumat verib.

"Eybar", "Vest Bromviç" və "Almeriya" kimi klubların maraq dairəsində olan İsrafilovun hansı klubda karyerasını davam etdirəcəyi maraqla gözlənilir. 

Qeyd edək ki, Eddi İsrafilov müqvailə ilə "Mursiya" klubuna məxsusdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right