Son çempion cəzalandırıldı

Liqa 1-in 6-cı turunda "Lans" - "Lill" matçında azarkeşlər arasında baş vermiş iğtişaşlarla görə hər iki klub cəzalandırılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə "Get French Football News" xəbər yayıb. "Lans"ın növbəti 2 oyununa azarkeşlər buraxılmayacaq. Qonaqlar isə növbəti görüşüdə fanatsız oynamalı olacaq.

Qeyd edək ki, matçın ikinci hissəsinin əvvəllərində "Lans"ın azarkeşləri meydana daxil olaraq, dava etmək məqsədilə qonaq tərəfdarların əyləşdiyi sektora tərəf qaçıb. Fanatlar meydandan çıxarıldıqdan sonra qarşılaşma yenidən davam etdirilib. Oyun ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right