“Atletiko” doğma meydanda xal itirdi

Futbol üzrə İspaniya La Liqasında 5-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında ötən turda “Real”a darmadağın olan (2:5) “Selta” “Kadis”lə üz-üzə gəlib. Cəmi bir xalı olan seltalılar bu dəfə də qələbəyə həsrət qalıblar. Əvəzində “Kadis” cari mövsümdəki ilk qələbəsinə sevinib.

Madrid “Atletiko”su bu turda Bilbaonun “Atletik” komandasının müqavimətini qırmağa çalışsa da, bu görüşdə qapılara qol vurulmayıb. “Elçe” – “Levante” matçı da heç-heçə bitib. “Rayo Valyekano” “Xetafe”ni darmadağınla yola salıbsa, “Alaves” də evdə “Osasuna”ya 2 cavabsız qolla qalib gəlib.

Çempionlar Liqasında “Bayern”ə uduzan “Barselona”nın çempionatdakı rəqibi “Qranada” olacaq. Turun mərkəzi görüşündə lider “Real” ən yaxın izləyicisi “Valensiya” ilə qarşılaşacaq.

İspaniya La Liqası, 5-ci tur

17 sentyabr

Selta – Kadis 1:2
Qol:
Mina, 65 – Lozano, 38. Espino, 43.

18 sentyabr

Rayo Valyekano – Xetafe 3:0
Qol:
Trexo, 9-pen. Siss, 78. Falkao, 81.

Atletiko – Atletik 0:0

Elçe – Levante 1:1
Qol:
L.Peres, 33 – Morales, 55.

Alaves – Osasuna 0:2
Qol:
D.Qarsiya, 22. R.Torres, 29-pen.

19 sentyabr

16:00 Malyorka – Vilyarreal
18:15 Real Sosyedad – Sevilya
20:30 Betis – Espanyol
23:00 Valensiya – Real

20 sentyabr

23:00 Barselona – Qranada

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right