"Gözlədik ki, Azərbaycan komandası taktiki cəhətdən bu cür davranacağı gözlənilən idi. Bizim bəxtimiz də gətirmədi"
Newsport.az-ın məlumatına görə, bunu Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo AVRO-2016-nın seçmə mərhələsinin VI turunda Azərbaycan millisi ilə 0:0 hesablı bərabərə qaldıqları matçdan sonrakı mətbuat konfransında dedi.
Təcrübəli mütəxəssis bildirdi ki, görüşdə şanslardan yararlana bilmədilər:
"Düşünürəm ki, 7-8 şansımız oldu, ancaq biz bunları reallaşdıra bilmədik. Bakıdakı oyuna nisbətən burda şanslarımız daha çox idi. Bakıda 2-3 imkanımızdan yararlanıb 1 qol vurmuşduq, burda isə alınmadı. Düşünürəm ki, daha yaxşı oynasaq da, nəticə baxımdan şansımız gətirmədi"