İspaniyanın "Barselona" klubunda ciddi itki baş verib.
Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin hücumçusu Martin Breytveyt sıradan çıxıb. Danimarkalı forvard sol dizində olan problemə görə əməliyyat olunacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
30 yaşlı futbolçunun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, Breytveyt bu mövsüm "Barselona" forması ilə meydana çıxdığı 3 La Liqa oyununda 2 qol vurub.