Premyer Liqa klubundan "Barselona"ya gedir?

“Lester”in yarımmüdafiəçisi Yuri Tilemans karyerasını İspaniya Primerosunda davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, belçikalı futbolçunun xidmətində “Barselona” maraqlıdır.

Tilemansı “Barselona”nın baş məşqçisi Ronald Kuman sərəncamında görmək istəyir. Kataloniya təmsilçisi öncə Saul Niqezi transfer etmək istəsə də, o, “Çelsi”yə keçməyə üstünlük verib.

Məhz bundan sonra Kuman Tilemansın “Barselona”ya gəlməsini istəyib.Belçikalı futbolçunun “Lester”lə müqaviləsi 2023-cü ildə başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right