Ukrayna millisinin sabiq futbolçusu 27 yaşında vəfat etdi

Ukraynanın “Metallist” klubunun sabiq futbolçusu Denis Barvinko vəfat edib.

Newsport.az xəbər verir ki, keçmiş müdafiəçi 27 yaşında dünyasını dəyişib. Barvinkonun ölüm səbəbi açıqlanmayıb.

Barvinko 2011-2014-cü illər aralığında Ukraynanın “Metallist” (Xarkov) klubunda çıxış edib. O, Ukraynanın U-21 yığmasında 1, U-19-da 2, U-20-də isə 1 oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right