"Real"ın prezidenti Florentino Peres komandanın uelsli futbolçusu Qaret Beyllə yeni müqavilə imzalamamaq qərarına gəldiklərini bildirib.
Newsport.az xəbər verir ki, Peres uelsli futbolçu ilə 2022-ci ildə yollarını ayıracaqlarını söyləyib.
"Kral klubu" Beylə yeni müqavilə təklif etməyəcək.
Onun müqaviləsi bu yay iyulun 1-də başa çatacaq.