Millimizi məyus edən Andre Silva: "Bütün oyunlar bizim üçün finala bərabərdir"

"Qarşılaşma bütün komanda və mənim üçün yaxşı keçdi. Qol vurmaq isə həmişə yaxşıdır".

Newsport.az-ın məlumatına görə, bu fikirləri Portuqaliya millisinin futbolçusu Andre Silva səfərdə Azərbaycana 3:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə danışarkən deyib.

Görüşdə ikinci qola imza atan 26 yaşlı hücumçu ilk dəqiqələrdən sonadək yaxşı oynadıqlarını bildirib:

"Start heyətdə kimlərin yer alacağı dəqiq deyil. Mən və komanda yoldaşlarım əlimizdən gələni edirik.

Rəqiblərimiz çətindir və bütün görüşlər bizim üçün finala bərabərdir. Bu gün qələbə qazanmaq vacib idi. Qarşıda daha 3 oyunumuz qalıb"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right