Məşhur braziliyalı FİFA prezidentliyinə namizəd oldu

Braziliya futbolunun əfsanəsi Ziko FİFA-nın prezident seçkilərində namizədliyini irəli sürəcək. 

Newsport.az-ın məlumatına görə, Ziko beynəlxalq futbol təşkilatının korrupsiyada günahlandırılmasına görə üzüldüyünü deyib. 52 yaşlı eks-futbolçu Rio-de-Janeyroda mətbuat konfransında bildirib ki, FİFA prezidentliyinə namizədliyini irəli sürmək onun borcudur.

"Bu gün futbol aləmində baş verənləri izləmək kədərlidir. Korrupsiya xəbərlərinə görə, bir çox yaxşı insanın gördüyü ağır iş puça çıxdı. Mən FİFA-nın prezidenti vəzifəsinə seçilmək üçün öz bilik və təcrübəmi sərf etməyi özümə borc bilirəm”, - deyə eks-futbolçu vurğulayıb. FİFA-nın hazırkı başçısı Sepp Blatter yeni başçı seçiləndən 4 gün sonra vəzifəsini tərk edəcəyini bildirib.

Yeni seçkilərin dekabrda Blatterin istefaya gedəndən sonra keçiriləcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right