"Xorvatiya və Azərbaycan yığmaları arasındakı keyfiyyəti fərqini gördük"

Xorvatiyanın 21 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi İqor Bişçan Azərbaycanla matç haqda danışıb.

Newsport.az-ın məlumatına görə, ötənlərin məşhur futbolçusu yığmamızla matçda qazandıqları 2:0 hesablı qələbəni şərh edib: 

"Əslində daha bir qol vurmağımızı istəyərdim. Oyuna aktiv başladıq, özümüzü yaxşı tərəfdən göstərdik və Azərbaycanla Xorvatiya yığmaları arasındakı böyük keyfiyyət fərqini gördük. Qol imkanlarımız çox idi. İkinci yarıda daha rahat və arxayın oynayaraq bir neçə qol vura bilərdik. Sadəcə epizodlar zamanı oyunçularda dəqiqlik çatmadı.

İlk dəfə birlikdə olduğumuzu nəzərə alsaq, yanaşmadan və qazanılan xaldan razıyam. Zamanla irəliləyiş və inkişaf da olacaq. Futbolçuların klublarında oyun praktikası olarsa, bundan milli də qazanacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right