Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Bakıda Azərbaycana qarşı keçirəcəkləri dünya çempionatının seçmə mərhələ oyununu buraxacaq.
Newsport.az-ın məlumatına görə, buna 36 yaşlı hücumçunun evdə İrlandiyaya 2:1 hesabı ilə qalib gəldikləri seçmə mərhələ matçında sarı vərəqə görərək, cəzalı duruma düşməsi səbəb olub.
Matçda dubl edən təcrübəli forvard ikinci qoldan sonra formasını çıxardığı üçün sarı vərəqə ilə cəzalandırılıb.
Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da başlayacaq.