Portuqaliya İrlandiyaya, Serbiya Qətərə qalib gəldi

DÇ-2022-nin seçmə mərhələsinin 4-cü turuna start verilib.

Newsport.az-ın məlumatına görə, millimizin yer aldığı A qrupunda daha bir görüş keçirilib.

Qrup lideri Portuqaliya öz meydanında İrlandiyanı qəbul edib. Hesabı qonaqlar açsa da, Portuqaliya millisi kapitan Kriştiano Ronaldonun dublu ilə əzmkar qələbə qazanıb - 2:1.

A qrupunda  yer alan Serbiya millisi isə Qətərlə yoldaşlıq oyununa çıxıb və 4 cavabsız qolla qalib gəlib.

Serblərin qollarını Luka Yoviç, Duşan Vlahoviç və Nikola Milenkoviç vurub. Qətər millisi Xuxinin 2-ci dəqiqədə əvtoqoluna da üzülüb. 

 

1 Portuqaliya 4 3 1 0 8 4 +4 10  
2 Serbiya 3 2 1 0 7 5 +2 7  
3 Lüksemburq 3 2 0 1 4 4 0 6  
4 İrlandiya 3 0 0 3 3 6 -3 0  
5 Azərbaycan 3 0 0 3 2 5 -3 0

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right