Ronaldodan tarixi göstərici

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.

Newsport.az-ın məlumatına görə, 36 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya ilə keçirilən oyunun 89-cu dəqiqəsində yığmanın heyətində 110-cu qolunu vurub. Bununla da o, milli komandaların heyətində ən çox qol vuran oyunçu olaraq tarixə düşüb. 

Ronaldo görüşün 90+6-cı dəqiqəsində isə daha bir qol vuraraq komandasına 2:1 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, daha əvvəl bu rekord İran millisinin heyətində 109 qol vuran Azərbaycan əsilli futbolçu Əli Daeiyə aid idi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right