“Azərbaycan millisi möhkəm komandadır" - Lüksemburqun baş məşqçisi

“Azərbaycan millisi möhkəm komandadır. Hər iki komandanın qalib gəlmək şansı 50 faizdir".
 

Newsport.az-ın məlumatına görə, bu sözləri Lüksemburq millisinin baş məşqçisi Luk Holtz DÇ-2022-nin seçmə mərhələsində sabah yığmamızla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, millimizə qalib gəlməyin tin olduğunu bildirib: "Təbii ki, 3 xal qazanmaq üçün meydana çıxacağıq. Rəqibin gücünü nəzərə almaqla bunu etmək asan olmayacaq.

Yeni stadionda ilk oyunumuzu keçirəcəyik. Çalışacağıq ki, ilk oyundan qalib ayrılaraq azarkeşlərimizi sevindirək. Rəqib seçmə mərhələdə Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabı ilə məğlub olub. Bu da onların mübariz komanda olmasından xəbər verir”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right