UEFA "Barselona"ın futbolçularından Çempionlar Liqasının medalını qaytarmağı tələb etdi

"Barselona"nın 4 futbolçusu - Klaudio Bravo, Xordi Masip, Tomas Vermalen və Duqlas Pereyra Kataloniya klubu ilə qazandıqları ÇL-dəki qızıl medalları UEFA-ya qaytarmaq məcburiyyətində qalıblar.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, UEFA katalonların heyətində 2014-2015 mövsümündə 1 dəqiqə olsun belə meydana çıxmayan 4 futbolçunun medallarının qaytarılmasını istəyib.

İddia olunur ki, UEFA qaydalara uyğun olaraq komandanın heyətində yalnız turnir boyu iştirak edən futbolçulara medal düşdüyünü bildirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right