"Legiya"nın Polşa liqasının 6-cı turunda "Krakov"la matçda ən yaxşı oyun sərgiləyən futbolçusu məlum olub.
Newsport.az-ın məlumatına görə, bu barədə Legia.net məlumat yayıb. Millimizin üzvü Mahir Emreli azarkeşlər arasında səsvermədə 10-dan 5, 83 bal toplayaraq görüşün ən yaxşısı seçilib.
Qeyd edək ki, sözügedən qarşılaşma "Legiya"nın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Emreli 46-cı dəqiqədə fərqlənməyi də bacarıb. Lakin bu qol qeydə alınmayıb.