Millimizin forvardı: "Şaxtyor"a vurduğum qolu anama həsr edirəm"

Azərbaycan milli komandasının hücumçusu, “Minay”ın heyətində Ukrayna Premyer Liqasının 6-cı turunda “Şaxtyor”la (1:1) keçirilən matçda komandasının yeganə qolunu vuran Rüstəm Əhmədzadə Ukrayna mətbuatına danışıb.

Newsport.az-ın məlumatına görə, o, Donetks klubuna vurduğu qol barəsində danışıb. Bununla yanaşı Əhmədzadə milli komandanın heyətində keçirəcəyi görüş haqda da fikirlərini əlavə edib: 

"Minay"ın baş məşqçisi Vasili Kobin bizi oyuna elə hazırlamışdı ki, “Şaxtyor”a qarşı maksimumuzu göstərməliydik. Kompakt hərəkət edib, rəqibin ara ötürmələrilə müdafiəmizi yarmasına imkan verməməliydik. Məncə, biz sınaqdan keçdik və kifayət qədər güc sərf edib bərabərə qala bildik. Amma rəqibin də 18-ci dəqiqədən meydanda 10 nəfərlə qalmasını demək lazımdı.

Əlbəttə ki, Premyer Liqada qol hesabımı açdığıma görə şadam. Özü də bunu Ukrayna futbolunun qrandlarından olan “Şaxtyor”a qarşı matçda etməyim məni ikiqat sevindirir. “Şaxtyor”a vurduğum qolu anama həsr edirəm. İkinci dəfə vuracağım qolu isə mənim ən sadiq azarkeşim olan atama həsr edəcəm. Yeri gəlmişkən, bunun sentyabrın 1-də olmasının əlehinə deyiləm. Həmin gün Azərbaycan millisi Lüksemburqa qarşı oynayacaq.

Sabah Lvovdan Frankfurta uçacam. Oradan isə oyunun keçiriləcəyi şəhərə yollanacam. Daha sonra bizim İrlandiya və Portuqaliya millisinə qarşı vacib oyunlarımız var. Səbirsizliklə həmin oyunları gözləyirəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right