Portuqaliya millisində itki Azərbaycanla oyunu buraxacaq

Portuqaliya millisinin üzvü Rikardu Pereyra DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla matçı buraxacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçinin bu mərhələdə İrlandiya və Azərbaycanla matçda iştirak edə bilməyəcəyi bildirilib. O, zədə səbəbindən heyətdən çıxarılıb. Onun əvəzinə Nelson Semedu tərkibə daxil edilib.

Qeyd edək ki, sentyabrın 7-si Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyunu 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right