Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Polşa Ekstraklasasında növbəti matçına çıxıb.
Newsport.az-ın məlumatına görə, Varşava təmsilçisi səfərdə "Visla Krakov"la üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.
Mahir 46-cı dəqiqədə meydana daxil olub. 24 yaşlı hücumçu bu görüşdə fərqlənsə də, onun qolu qeydə alınmayıb.
Bu, Mahirin Polşa çempionatında 3-cü matçı kimi yadda qalıb. O, bütün görüşlərdə sonradan komanda yoldaşını əvəzləyib.
"Legiya" turnir cədvəlində 6 xalla 14-cüdür.