Nəcəfzadədən bürünc medal

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

Newsport.az-ın məlumatına görə, para-atletimiz Səid Nəcəfzadə uzunluğa tullanma yarışlarında aktivimizə bürünc medal yazdırıb. O, 7,03 metrlik nəticə göstərib. Yarışın qalibi isə iranlı Amir Xosravani olub - 7,21 metr.

Kamil Əliyev isə bu növ üzrə 6,89 metr nəticə ilə 5-ci olub.

Hazırda Azərbaycanın aktivində 13 medal var. Bunlardan 9-u qızıl, 4-ü isə bürüncdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right