Rusiya və Qətər Dünya çempionatını itirə bilər

“Rüşvət halları sübuta yetirilərsə, Rusiya və Qətər 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilə bilərlər”. 

Newsport.az-ın məlumatına görə, bunu FİFA rəsmisi Domeniko Skala (Domenico Scala) deyib.

Ötən ay FİFA-nın korrupsiyada şübhəli bilinən 7 yüksək vəzifəli rəsmisi həbs olunub. Onlar ABŞ prokurorluğu tərəfindən 24 il ərzində ümumən 150 milyon dollar rüşvət almaqda ittiham edilən 14 nəfər arasındadır.İsveç rəsmiləri də 2018 və 2022-ci il dünya çempionatının keçirmək haqlarının alınması barədə kriminal araşdırma aparıb.Hər iki ölkə keçirilmiş tenderdə səhv bir şey etmədiklərini deyir. FİFA-nın audit və uyğunluq komitəsinin rəhbəri Cənab Scala da korrupsiya dəlili görmədiyini etiraf edib.O, İsveç qəzetinə müsahibəsində belə deyib: “Müəyyən edilsə ki, Qətər və Rusiyaya verilmiş təltif pulla alınmış səslərin nəticəsidir, o zaman təltif təxirə salınacaq”.

Scala əvvəllərdə də eyni yönümlü çıxışlar etsə də, son iki həftədə FİFA-da baş vermiş hadisələrə görə bu çıxış ciddi xəbərdarlıq ola bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right