"Mançester Siti"nin müdafiəçisi Aymerik Lapor "Barselona"ya keçə bilər.
Newsport.az-ın məlumatına görə, katalonlar 27 yaşlı müdafiəçi üçün təklif göndərəcək. "Şəhərlilər" İspaniya millisinin üzvünü transferə çıxarıb və onu 70 milyon avroya satmağı planlaşdırır.
"Mançester Siti" Laporu 2018-ci ildə Bilbao "Atletik"indən 65 milyon avroya transfer edib.