Radovan Çurçiç: Ciddi səhvlər Azərbaycanın qol vurması ilə nəticələndi

Serbiya yığmasının baş məşqçisi Radovan Çurçiç Azərbaycanla yoxlama oyunundan danışıb.

Newsport.az-ın məlumatına görə, o, komandasının 4:1 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:

"Komanda oyuna çox yaxşı başladı və hesabı açmağı bacardı. Lakin birinci hissənin ortalarında futbolçularımız planlaşdırdığımız kimi oynaya bilmədilər. Xüsusilə də yarımmüdafiə xəttindəki ciddi səhvlər Azərbaycan yığmasının qol vurması ilə nəticələndi. Fasilədən sonra isə öz oyunumuzu göstərməyə başladıq. Sonradan meydana çıxan futbolçularımız da özlərini yaxşı tərəfdən göstərdilər. Hazırlıq baxımından bu oyun bizim üçün alındı. Qarşıda bizi Danimarka ilə oyun gözləyir. İnanıram ki, həmin oyunda da futbolçularım bu günkü kimi oynayacaqlar və qələbə qazanacaqlar".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right