Azərbaycanlı futbolçuların komandası Kiyev "Dinamo"suna uduzdu

Futbol üzrə Ukrayna Premyer Liqasında 1-ci turdan təxirə salınmış oyunlar keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçular Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

Eldar bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Rüstəm isə 57-ci dəqiqədə meydana buraxılıb.

Üç turdan sonra 3 xalı olan “Minay” 16 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right