Xorvatiyalı məşqçi: "Azərbaycanın U-18 yığmasının baş məşqçisi təyin edilə bilərdim"

Xorvatiyalı məşqçi Luka Pavloviç Azərbaycanda işləyə bilərmiş.

Newsport.az-ın məlumatına görə, “Şerif”dən ayrıldıqdan sonra ona Azərbaycanın U-18 komandasını çalışdırmaq təklif olunub. 

​Bu barədə o, Rusiya mətbuatına açıqlamasında bildirib. Hazırda "Baltika" klubunun futbol akademiyasının direktor vəzifəsində çalışan xorvat belə danışıb:

"Azərbaycanın U-18 yığmasının baş məşqçisi təyin edilə bilərdim. Amma alınmadı. Bir ay işsiz qaldıqdan sonra, Kalininqraddan zəng etdilər. Bu da mənim məqsədlərimlə üst-üstə düşürdü. Çünki Pridnestrovyadan sonra məhz rusdilli ölkədə karyeramı davam etdirmək istəyirdim”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right