"Neftçi" ilə kubokun final oyunundan sonra "Qarabağ"dan ayrılan Muarem Muaremin yeni klubu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, makedoniyalı futbolçu "Əskişəhərspor"la müqavilə imzalayıb. O, 3 illik sazişə qol çəkib. Muarem yeni klubunda da 10 nömrəli formanı geyinəcək.
İmzalanma mərasimindən sonra futbolçu klubun rəsmi saytına fikirlərini açıqlayıb: "Bu transferin gerçəkləşməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Burada yaxşı işlər görmək istəyirəm. Bunun üçün əlimdən gələni edəcəm".
Muarem "Qarabağ"da meydana çıxdığı 85 matçda 15 qol vurub.