"Barselona"dan ayrılan Lionel Messinin PSJ-yə keçidi rəsmiləşib.
Newsport.az-ın məlumatına görə, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb. PSJ-yə azad agent kimi transfer olunan 34 yaşlı hücumçunun 2023-cü ilin yayınadək paytaxt təmsilçisində çıxış edəcəyi bildirilib. Argentinalı oyunçu yeni komandasında 30 nömrəli formanı geyinəcək.
Messinin PSJ ilə müqaviləsindəki bəndə əsasən, onun sözləşməsinin 1 illik uzadılması mümkündür.
Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi iyunun 30-u başa çatıb.