"Barselona" Aqueronun müqaviləsini ləğv edə bilər

İspaniyanın “Barselona” klubunun yay transfer pəncərəsi zamanı heyətinə qatdığı Serxio Aqueronun müqaviləsində yeni detal üzə çıxıb.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi argentinalı hücumçu ilə sözləşməni vaxtından əvvəl ləğv edə bilər. 33 yaşlı forvardın müqaviləsində yer alan maddəyə görə, klub hücumçunun zədələnməsi səbəbindən onunla yolları ayıra bilər.

Qeyd edək ki, "Barselona"nın məşqi zamanı baldırından zədələnən Aquero 10 həftə oynamayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right