Krivotsyukun komandası yeni mövsümdə ilk qələbəsini qazandı

Polşa Ekstraklasasında 3-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plok) evdə “Radomiak Radom” ilə qarşılaşıb və qalib gəlib – 1:0. Bu, "Visla"nın yeni mövsümdə ilk qələbəsidir.

Krivotsyuk start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Visla” 3 turdan sonra 3 xal toplayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right