“Sabah”a gəlməmişdən əvvəl “Barselona”da oynamış Xuan Kamara Lionel Messinin Kataloniya klubundan ayrılmasından sonra şəxsi instaqram səhifəsində argentinalı ulduz haqda yazıb.
Newsport.az-ın məlumatına görə, Kamara instaqram hesabında Messi barədə bunları yazıb: "Bütün dövrlərin ən yaxşısı ilə məşq edib, oynadığıma görə necə də şanslıyam".
Kamara 2014-2018-ci illərdə "Barselona"da oynayıb.
