Finlandiya çempionatında 15-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan HİK səfərdə KTP ilə qarşılaşıb. Qarşılaşma Helsinki klubunun minimal hesablı qələbəsiylə başa çatıb – 1:0. Filip Valençiç 23-cü dəqiqədə fərqlənib.
“Neftçi”nin rəqibi bu qələbədən sonra 38 xalla 12 kollektiv arasında zirvədə qərarlaşıb.
Qeyd edək ki, “Neftçi” ilə HİK arasında Bakıda keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib – 2:2. Avqustun 12-də “Bolt Arena”da keçiriləcək cavab oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.