Hücumçu Lionel Messi "Barselona"dan ayrılması münasibətilə keçirdiyi mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.
Newsport.az-ın məlumatına görə, argentinalı futbolçu konfrans başlamazdan əvvəl duyğularına hakim ola bilməyib. Jurnalistlər alqışlarla onu dəstəkləyiblər.
Qeyd edək ki, avqustun 5-i "Barselona" Messi ilə başa çatan müqavilənin müddətini uzatmayacağını açıqlayıb. Bunun səbəbi İspaniya La Liqasının nizamnaməsində yazılan maliyyə və struktur maneələridir.



