Tokioda Rio-2016-nın finalı təkrarlanacaqmı?

Tokio-2020-də həndbol yarışları sona yaxınlaşır. Newspport.az xəbər verir ki, bu gün qadın həndbolçuların mübarizəsində finalçılar müəyyənləşəcək. Artıq ilk yarımfinal görüşü başa çatıb. Fransa və İsveç millilərinin duelindən "birincilər" qalib ayrılıb. Fransızların finaldakı rəqibinin adına Bakı vaxtı ilə saat 16:00-da start götürəcək Norveç - ROK (Rusiya Olimpiya Komitəsi) oyununda aydınlıq gələcək.
 
Tokio-2020
Həndbol (qadınlar), yarımfinal
 
Fransa - İsveç - 29:27
 
16:00. Norveç - ROK (Rusiya Olimpiya Komitəsi)
 
Qeyd edək ki, ROK finala vəsiqə qazanacağı təqdirdə Rio-2016-nın finalı təkrarlanacaq. Beş il öncə həlledici görüşdə sevinən tərəf rus həndbolçular olmuşdu.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right