“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, “şəhərlilər” “Aston Villa”dan Cek Qrilişin keçidini tamamlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. Qriliş “Mançester Siti”də 10 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Qriliş 2012-ci ildən "Aston Villa"da oynayırdı.