Danimarka millisinin üzvü Premyer Liqa klubunda

İngiltərənin “Kristal Pelas” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Olimpik” (Lion) klubundan Yoahim Anderseni transfer edib.
 
Danimarka millisinin də üzvü olan futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb.
 
Mərkəz müdafiəçisi olan Andersen Niderlandın “Tvente” klubunun yetirməsidir. O, 2017-2019-cu illər aralığında “Sampdoriya”da legioner həyatı yaşayıb. 2019-cu ildən “Olimpik”də çıxış edirdi. 25 yaşlı müdafiəçi ötən mövsüm İngiltərənin “Fulhem” komandasında icarədə oynayıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right