Karlo Ançelotti ilə yollarını ayıran "Real"da yeni baş məşqçinin kimliyi dəqiqləşib.
Madrid klubu boş qalmış baş məşqçi postuna Rafael Benitezi gətirib.
"Kral klubu"nun rəsmi saytının yaydığı xəbərə görə, onunla üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, R.Benitez 2014/2015 mövsümündə "Napoli"ni çalışdırıb.