İngiltərəni İspaniyaya dəyişdi

İspaniyanın "Real Sosyedad" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Newsport.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin "Bornmut" klubundan müdafiəçi Dieqo Rikonu transfer edib. 28 yaşlı sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. "Real Sosyedad" bu transfer üçün qarşı tərəfə 5 milyon avro ödəyib.

 

Qeyd edək ki, karyerası ərzində "Saraqosa", "Leqanes" klublarında oynayan Dieqo Riko 2018-ci ildən "Bornmut"da çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right