"Rubin" və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın bu yay hansı komandaya keçəcəyi maraqla gözlənilir.
Newsport.az-ın məlumatına görə, adı bir çox komandalarla hallanan yarımmüdafiəçi barədə yeni iddia ortaya atılıb.
Rusiya mətbuatının yeni iddiasına görə gürcü futbolçu “Milan”a keçidə çox yaxındı.
İddiaya görə, "rossonyerlər"in sabiq futbolçusu Kaxa Kaladze həmyerlisinin "Milan"a keçidində önəmli rol oynayıb.
Xatırladaq ki, Xviça milli komandamızın sabiq forvardı Badri Kvaratsxeliyanın oğludu.