Emreli kənarda qaldı, Krivotsyuk oynadı

Polşa Ekstraklasasında mövsümün ilk turu keçirilir. 

Newsport.az-ın məlumatına görə,  ilk tur çərçivəsində Varşava "Legiya"sı və Plotsk "Visla"sı qarşılaşıblar.

"Legiya"nın hücumçusu Mahir Emreli oyunun iştirak ərizəsinə salınmayıb. "Visla"da çıxış edən Azərbaycan millisinin digər üzvü Anton Krivotsyuk isə start heyətdə olub və sonadək mübarizə aparıb.

Krivotsyuk Plotsk "Visla"sında rəsmi debüt edib. O, "Qarabağ"ın keçmiş futbolçusu Yakub Jezniçakla birgə müdafiənin mərkəzində yer alıb.

Qarşılaşma isə "Legiya"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right