“Mbappe Poçettinoya getmək istədiyini deyib”

Kilian Mbappe PSJ-ni tərk etmək istəyir.

Newsport.az-ın məlumatına görə, bu barədə “Marca” nəşri məlumat yayıb. İddia edilib ki, fransalı oyunçu baş məşqçi Maurisio Poçettinoya klubla müqavilənin müddətini uzatmamaq və komandadan ayrılmaq istədiyini söyləyib.

Bildirilir ki, Mbappe PSJ-dən münaqişə ilə ayrılmaq istəmir.

Futbolçunun baş məşqçi ilə münasibətlərini yaxşı olduğu bildirilir. Qeyd edilir ki, o, həmişə Poçettino tərəfindən özünə dəstək görüb. Fransalı PSJ-dən getmək istədiyini söyləyəndə də, argentinalı mütəxəssis bunu anlayışla qarşılayıb.

Qeyd edək ki, Mbappenin karyerasını “Real”da davam etdirmək istədiyi bildirili





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right