"Barselona" Xordi Alba ilə müqavilənin müddətini uzatdı

"Barselona" müdafiəçisi Xordi Alba ilə müqavilənin müddətini uzadıb.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı futbolçu Kataloniya təmsilçisi ilə yeni müqavilə imzalayıb.

Müqaviləyə əsasən İspaniya millisinin üzvü 2020-ci ilə qədər "Barselona"nın şərəfini qoruyacaq. Albanın təzminat qiyməti də açıqlanıb. Təcrübəli futbolçunu transfer etmək istəyən komandalar 150 milyon avrosundan keçməli olacaq.

Qeyd edək ki, Alba ötən mövsüm La Liqada 27, Çempionlar Liqasında isə 10 oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right