"Olimpiakos"un futbolçusu Məhəmməd Kamara "Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərovdan üzr istəyib.
Newsport.az-ın məlumatına görə, 24 yaşlı oyunçu bununla bağlı instaqram səifəsində paylaşım edib. O, "Dünənki hərəkətə görə bağışla, qardaşım. Ümid edirəm hər şey qaydasındadı" şərhini yazıb.
"Olimpiakos" - "Neftçi" (1:0) matçının 43-cü dəqiqəsində Kamaranın kobud oyunu nəticəsində Namik Ələskərov zədələnərək meydanı tərk etmişdi. 26 yaşlı futbolçunun çənəsində və burnunda sınıqlar aşkar edilib.
