“Olimpiakos”un futbolçusu: Onlar bizə əlavə güc verdilər

Yunanıstanın “Olimpiakos” komandasının yarımmüdafiəçisi Tanasis Androustos UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Newsport.az xəbər verir ki, seneqallı futbolçu 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
“Qələbə qazanmaq vacib idi. Təbii ki, qarşıda hələ bir oyunumuz var. Görək, necə olacaq. Bu oyunu təhlil etmək üçün vaxtımız olacaq.
 
Azarkeşləri yenidən tribunada görmək möhtəşəmdir. Onlar bizə əlavə güc verdilər. Möhtəşəm idi”.
 
“Olimpiakos” ilə “Neftçi” arasındakı cavab matçı iyulun 28-də Bakıda keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right